Haqqında
HR sahəsində 2 illik təcrübəyə malik, rəqəmsal alətlər və süni intellekt tətbiqləri ilə iş proseslərini optimallaşdıran mütəxəssisəm. İşə qəbul, beynəlxalq sənədləşmə və analitik hesabatlılıq sahələrində geniş təcrübəyə malikəm. Hədəfim innovativ yanaşmalarla şirkətin İR səmərəliliyini artırmaqdır.
Bacarıqlar
MS Office (Word, Excel, Powerpoint, Outlook, One Note) 1C SIMA Esosial ƏMAS Microsoft 365 CoPilot Google Gemini Canva
İş Təcrübəsi
HR Administrator (HR Generalist)
BCC Group QSC
AR Əmək Məcəlləsinə uyğun olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, xidməti ezamiyyətləri, mükafatlandırılması və əmək müqavilələrinə xitam verilməsi proseslərini rəsmiləşdirmək.
İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və arxivləşdirilməsini təmin etmək.
İş vaxtının uçotu tabelini (tabel uçotu) tərtib etmək və əməkhaqqı hesablanması üçün mühasibatlığa vaxtında təqdim etmək.
İşçilərə məzuniyyətlərin verilməsi növbəliliyini (məzuniyyət qrafiklərini) tərtib etmək və AR Əmək Məcəlləsinin müvafiq maddələrinə əməl olunmasını təmin etmək.
Şirkətin departamentlərindən gələn vakansiya sorğularını təhlil etmək və iş elanlarını müvafiq portallarda yerləşdirmək.
Daxil olan CV-ləri skrininq etmək, ilkin müsahibələri (telefon və ya üzbəüz) təşkil etmək və keçirmək.
Uyğun namizədləri struktur bölmə rəhbərləri ilə müsahibələrə yönləndirmək.
Yeni işə qəbul olunan əməkdaşlar üçün Onboarding (adaptasiya) prosesini təşkil etmək, onları şirkətin daxili qaydaları və strukturu ilə tanış etmək.
Şirkətdə tətbiq olunan performans qiymətləndirilməsi prosesində iştirak etmək, məlumatları toplamaq və hesabatlılığı təmin etmək.
İşçilərin təlim ehtiyaclarını müəyyən etmək üçün sorğular keçirmək və illik təlim planının icrasına dəstək olmaq.
HR proseslərinin avtomatlaşdırılması, müasir süni intellekt (AI) alətlərinin və İR proqramlarının daxili workflows (iş axınları) sisteminə inteqrasiyası ilə bağlı təkliflər vermək.
Şirkətdaxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək.
İşçilərin məmnuniyyətini və loyallığını ölçmək üçün sorğular keçirmək.
Rəhbərliyin tapşırığı ilə korporativ tədbirlərin və daxili sosial layihələrin təşkilində fəal iştirak etmək.
Şirkətin struktur bölmələrindən HR funksiyalarının icrası üçün lazımdır olan məlumatları və sənədləri tələb etmək.
Əmək qanunvericiliyinin tətbiqi və HR proseslərinin təkmilləşdirilməsi barədə birbaşa rəhbərliyinə təkliflər vermək.
HR Ofis Administrator (HR Specialist)
Socar-Fugro
İR (İnsan Resursları) meneceri və Baş Direktor tərəfindən verilən müxtəlif tapşırıqları yerinə yetirilməsi
Xarici əcnəbilərin/beynəlxalq işçilərin sənədlərinin Dövlət Miqrasiya Portalında hazırlanması və qeydiyyatı
Müsahibələrdə iştirak etməklə və ilkin telefon seçmələrini aparmaqla işə qəbul prosesinə köməklik göstərilməsi
Gündəlik davamiyyətin kart istifadəsi üzərindən giriş-çıxışın yoxlanılması
Gündəlik davamiyyətlə bağlı Excel vasitəsilə hesabatın hazırlanması
İR əməliyyatlarında Süni Zəka tətbiqlərindən istifadə
Rəqəmsallaşma (ƏMAS/SİMA/ESOSİAL) və Süni Zəka vasitələri (CoPilot/Gemini) ilə iş proseslərinin yerinə yetirilməsi
Yeni işə qəbul olunanlar üçün sənədləşmə işləri, tanışlıq sessiyaları da daxil olmaqla, işə qəbul prosesinin əlaqələndirilməsi və asanlaşdırılması, və şirkətə uğurlu keçidin təmin edilməsi
İşə qəbulla bağlı göstəriciləri və İR ilə bağlı digər məlumatları ehtiva edə bilən İR hesabatlarının tərtib edilməsi və formalaşdırılması
Gündəlik iş hesabatlarının hazırlanması
Məzuniyyət ərizələrinin və məzuniyyət əmrlərinin hazırlanması
İR komandasına iclasların planlaşdırılması, sənədlərin hazırlanması və yazışmaların aparılmasını da daxil edən inzibati yardımın göstərilməsi
İR departamenti ilə bağlı daxili və kənar sorğuların, eyni zamanda tələblərin dəstəklənməsi
HR Kiçik Mütəxəssis
Hermes Engineering
Müsahibə üçün vakantların çağırılması
Müsahibələrin aparılması
Xarici və yerli şirkətlərlə yazışmalar ( elektron poçt vasitəsilə)
HR üzərində BPM (Business Process Management) tətbiqi
Sənədlərin lazımi ünvanlara çatdırılması
Otellərdə treninqlərin təşkili
Süni intellekt vasitəsilə HR üzərində işləmək
Xarici qonaqların otellərdə yerləşdirilməsi
Excel cədvəllərinin hazırlanması
PowerPoint ilə işin təqdimatı
Layihələr
BP Kadua Layihəsi
Layihə zamanı xarici işçilərin miqrasiya ilə bağlı olduğu yer üzrə qeydiyyat və müvəqqəti olma müddətlərinin uzadılması
Təhsil
Masarik Universiteti
Magistr (Konfliktologiya və Demokratiya)
2019-2022
Xəzər Universiteti
Bakalavr (Beynəlxalq Münasibətlər)
2014-2019
Sertifikatlar
Employee Relations
HRCI
International Business Context
Kolorado Universiteti Boulder
SAP Professional Fundamentals
SAP
Generative AI: Advance Your Human Resources (HR) Career
SkillUp
Talent Acquisition
HRCI
Generative AI Essentials
IBM
EXCEL və 1C proqramları
HR Kadr Kursları
Rəsmi HR Meneceri sertifikatı
HR Kadr Kursları
Dillər
🌐
Azərbaycan dili
Ana dili
🌐
İngilis dili
Qabaqcıl
🌐
Rus dili
Başlanğıc
🌐
Türk dili
Qabaqcıl
Əlaqə saxlayaq 👋
İşbirliyi, müsahibə və ya digər məsələlər üçün əlaqə saxlaya bilərsiniz.